Sosial
40 ilin həkimini işdən çıxarmışdı - Özü vəzifədən azad edildi - VİDEO
Bir müddət əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim Etibar Məmmədovun əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı oğlu Aslan Məmmədzadə məlumat yaymışdı. O həmin xəstəxanada İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyevdən şikayətçi idi.
Publika.az "Unikal"a istinadən xəbər verir ki, A.Məmmədov sosial şəbəkədə yeni paylaşım edərək, qanunsuzluğun aradan qaldırıldığını, Elbəy Fətullayevin vəzifədən azad edildiyini və atasının işə bərpa olunduğunu bildirib.
“TƏBİB rəhbərliyi bu məsələyə çox həssas yanaşdı. Anar Bayramovun müavini Rahim müəllim dərhal mənimlə əlaqə saxladı və növbəti gün görüş təyin olundu. Görüş zamanı bu məsələni təxminən bir saat yarım ərzində ətraflı şəkildə müzakirə etdik.
Görüşdən dərhal sonra daxili araşdırma başladı. Araşdırmanın nəticəsində atama qarşı törədilən qanunsuzluq və ədalətsizlik təsdiqləndi. Eyni zamanda, Elbəy Fətəliyevin digər qanunsuz əməlləri də araşdırma zamanı üzə çıxdığı üçün o, işdən azad edildi”, - A.Məmmədzadə deyib.
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial21 Noyabr 22:12Gənc hüquqşünas vəfat etdi
-
Magazin121 Noyabr 21:12Natavan bu fotoları evində çəkdirir - VİDEO


































