MDB
Rusiya beş ukraynalı uşağı ölkələrinə qaytaracaq
Rusiya beş ukraynalı uşağı ölkələrinə qaytaracaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova öz "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, söhbət 4-15 yaşlarında dörd oğlan və bir qız uşağından gedir. Ailələrin qovuşması təşəbbüsü çərçivəsində isə bir uşaq Ukraynadan Rusiyaya qaytarılacaq.
O, uşaqların ailələri ilə qovuşması işində dəyişməz sadiqliyinə və fəal iştirakına görə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkür edib.
"Onun koordinasiyası sayəsində bu qovuşmaları sürətləndirmək və gələcəkdə daha operativ prosesin əsasını qoymaq mümkün olub", - M. Lvova-Belova yazıb.
Ağ Ev Melaniya Trampın uşaqların qaytarılması prosesində iştirakını təsdiqləyən bəyanat yayıb. ABŞ Prezidentinin administrasiyası bildirib ki, uşaqların qaytarılması üzrə danışıqlar davam edir.
"Mən Rusiya və Ukraynanın bu münaqişə nəticəsində didərgin düşmüş uşaqları geri qaytarmaq səylərini yüksək qiymətləndirirəm. Bütün tərəflərin əməkdaşlıq etməsinə və əlaqələrimizin aktiv qalmasına baxmayaraq, mən Rusiya və Ukraynanı hər bir uşağın ailəsinə və himayəçisinə qayıdışını təmin etmək üçün səyləri aktivləşdirməyə çağırıram", – ABŞ-nin birinci xanımı bildirib.
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
















.jpg)




















