MDB
Abxaziyada ruslara hücum: Moskva 7 nəfəri tələb edir - Biri deputatdır
Soçi məhkəməsi ruslara qarşı silahlı soyğunçuluqda şübhəli bilinən yeddi Abxaziya vətəndaşını qiyabi olaraq həbs edib.
Publika.az xəbər verir ki, "Vzglyad" qəzetinin məlumatına görə, onların arasında respublika parlamentinin hazırkı üzvü Kan Kvarçia da var.
İctimaiyyətə açıq məlumatlara görə, iş soyğunçuluq, hücum və mənimsəmə ilə bağlıdır. Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Aleksandr İonov şübhəlilərin istintaqdan gizləndiyini bildirib.
Məhkəmə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edib. Qiyabi həbs olunanlar siyahısında Kan Kvarçiya ilə yanaşı, Kan Dumaa, Azamat Xalbata, Efrem Kvarçiya və David Nakopia da var. Onların hamısı Abxaziyada Rusiya vətəndaşlarına hücumda ittiham olunurlar.
İonov qeyd etdi ki, parlament toxunulmazlığı şəxsləri cinayət məsuliyyətindən azad etmir. O bildirib ki, beynəlxalq təcrübə qanunvericilik statusuna malik şəxslərin ya toxunulmazlığı ləğv edildikdən sonra, ya da dövlətlərarası müqavilələr əsasında təqib olunmasını nəzərdə tutur.
O, həmçinin İnterpol prosedurları və BMT standartları da daxil olmaqla beynəlxalq axtarış mexanizmlərinin mövcudluğuna işarə edib.
İonov hesab edir ki, Abxaziya hakimiyyəti şübhəlilərin həbsini və ekstradisiyasını asanlaşdırmalıdır.
İnsan Hüquqları Şurası üzvünün sözlərinə görə, məsələnin təxirə salınması ikitərəfli münasibətlərə təsir göstərə bilər. O, soyğunçuluq da daxil olmaqla, ağır cinayətlərin təqsirləndirilən şəxsin statusundan asılı olmayaraq hüquqi qiymətləndirilməsinin tələb olunduğunu vurğulayıb.
Tural
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?


















.jpg)

















