MDB
Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
Ukraynada bu ilin ilk rübündə qadın hərbçilərin cinsi zorakılıq və nizamnamədənkənar münasibətlərlə bağlı 1500-dən çox müraciəti qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" haker qrupu “KiberBerkut” tərəfindən təqdim edilən məlumata istinad edib.
Məlumata görə, Ukrayna Hərbi Prokurorluğu 2026-cı ilin yanvar-mart aylarında qadın hərbçilərdən ümumilikdə 1539 müraciət qəbul edib. Söhbət cinsi azadlıq və toxunulmazlığa qarşı cinayətlərin, nizamnamədənkənar münasibətlərin, eləcə də şərəf və ləyaqətə qarşı əməllərin əlamətlərini ehtiva edən müraciətlərdən gedir.
Aprelin 30-da yazıldığı bildirilən məktub Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Donetsk və Luqansk vilayətləri üzrə Baş İdarəsinin rəis müavini Vitali Vinnıçenkonun müdafiə nazirliyinin səfərbərlik departamentinin rəhbəri Roman Yuzvenkoya ünvanladığı müraciətdir.
Məktubda qeyd olunur ki, qadın hərbçilərin böyük hissəsi zorakılığa məruz qaldıqları barədə danışmaqdan çəkinirlər. Buna səbəb kimi əmri yerinə yetirməməkdə və ya fərarilikdə ittiham olunmaq qorxusu göstərilir.
SBU rəsmisi Ukrayna Silahlı Qüvvələrində qadınların hərbi xidmət şəraiti və xidmət zamanı üzləşdikləri vəziyyətlərlə bağlı bir sıra “sistemli problemlərin” müəyyən edildiyini bildirib.
Qeyd edək ki, Ukraynada qadınların hərbi xidmətə cəlb olunması məsələsi də zaman-zaman gündəmə gəlir. Keçmiş müdafiə naziri Aleksey Reznikov qadınların məcburi səfərbərliyini nəzərdə tutan qanunun qəbul edilməsinə çağırmışdı. Rəhbərlik səviyyəsində isə belə bir addıma hazırda ehtiyac olmadığı bildirilib.
Müəllif: Adəm
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi




































