MDB
Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyatın Rusiyanın genişmiqyaslı zərbə hazırladığı barədə məlumatından sonra hərbi komandanlıqla təcili müşavirə keçirib.
Publika.az xəbər verir ki, Zelenski müşavirədə əsas obyektlərin qorunması üçün hava hücumundan müdafiə vasitələrinin dərhal bölüşdürülməsini tapşırıb. O, Rusiyanın kütləvi hücuma hazırlaşdığı barədə yenilənmiş məlumat aldıqlarını və buna qarşı tədbirlər hazırladıqlarını bildirib.
“Ən çətin məsələ ballistik raketlərə qarşı müdafiədir. Bu tədarükün mövcudluğu yalnız tərəfdaşlardan asılıdır”, - deyə Ukrayna lideri etiraf edib.
Zelenskinin sözlərinə görə, görüşdə müdafiə xətlərinin təşkili və logistika məsələləri də müzakirə olunub. O bildirib ki, son günlər logistika Rusiya əməliyyatlarının əsas hədəflərindən birinə çevrilib.
Rusiya Müdafiə Nazirliyi isə səhər saatlarında Ukraynadakı bir sıra logistika qovşaqlarının vurulduğunu açıqlayıb. Nazirliyin məlumatına görə, ötən gecə Odessa vilayətinə endirilən zərbələr nəticəsində İliçevkada raket-artilleriya silahları anbarı məhv edilib.
Həmçinin Çernomorsk və İzmail limanlarında ikili təyinatlı yüklər daşıyan quru yük gəmisinin və Ukrayna qüvvələrinin təchizatında istifadə olunan liman infrastrukturunun vurulduğu bildirilib.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







