MDB
Pezeşkian MDB tarixində ilkə imza atacaq
Oktyabrın 9-da Türkmənistanda keçiriləcək MDB sammitində Birlik tarixində ilk dəfə olaraq İran Prezidenti Məsud Pezeşkian iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə brifinqdə məlumat verib.
Onun sözlərinə görə, geniş tərkibdə keçiriləcək sammit iclasında iştirak etdikdən sonra İran lideri Xəzər ekologiya sammitində çıxış edəcək.
Uşakov dəqiqləşdirib ki, ümumilikdə MDB sammitinə Birliyə daxil olan dövlətlərin başçılarından doqquzu dəqiq gələcək – onlar öz iştiraklarını rəsmi şəkildə təsdiqləyiblər.
Bu siyahıya Rusiya Prezidenti Vladimir Putin, sammitə ev sahibliyi edən Türkmənistanın lideri Sərdar Bərdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan lideri Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistanın rəhbəri Emoməli Rəhmon və Belarus lideri Aleksandr Lukaşenko daxildirlər.
Hüseyn İbadlı
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı














.jpg)



.jpg)



















.jpg)
