MDB
Zelenski Kliçkonu tənqid etdi: Kiyev zərbələrə hazır deyil
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin enerji infrastrukturuna mümkün zərbələrə hazırlıq səviyyəsini tənqid edib. O, paytaxt rəhbərliyinin bu istiqamətdə zəruri tədbirləri lazımi səviyyədə həyata keçirmədiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Zelenski Kiyevdə yaranmış vəziyyətlə bağlı şəhər hakimiyyətinin fəaliyyətindən narazılığını ifadə edib. “Kiyevlə bağlı ayrıca tapşırıqlar müəyyənləşdirilib. Buna səbəb şəhər hakimiyyətinin zəruri addımları demək olar ki, tamamilə yerinə yetirməməsidir”, - deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, bundan əvvəl Kiyev meri Vitali Kliçko “Bild” nəşrinə müsahibəsində Zelenskinin ətrafındakı korrupsiyanın Ukraynanın müdafiə qabiliyyətinə zərər vurduğunu və ölkənin beynəlxalq tərəfdaşlar qarşısındakı nüfuzuna mənfi təsir göstərdiyini deyib. O vurğulayıb ki, müttəfiqlərlə münasibətlər etimada əsaslanır və bu etimadı qorumaq olduqca vacibdir.
Müəllif: Adəm
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu












.jpg)

.jpg)


.jpg)















.jpg)
.jpg)
