MDB
8 il sonra üzə çıxan cinayət: Biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Moskvada 42 yaşlı kişi öz qızına cinsi təcavüz etməkdə ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə "mk.ru" məlumat yayıb.
Qeyd edilib ki, biznesmen olan həmin şəxs təcavüz və əxlaqsız hərəkətlərini balaca uşaqla evdə tək qalan zaman törədib. Müstəntiqlərin sözlərinə görə, hadisə qızın üç yaşı olanda baş verib. "Zərərçəkmiş yaşının azlığına görə həmin vaxt baş verənləri anlaya bilməyib. Lakin o, səkkiz il sonra anasına danışıb və ondan kömək istəyib. Bundan sonra kişi saxlanılıb", - məqalədə yazılıb.
Artıq Rusiya Cinayət Məcəlləsinin 132-ci maddəsi (zorakı cinsi təcavüz) ilə cinayət işi açılıb. Nəşrin məlumatına görə, şübhəli əslən Moldovadandı və sahibkarlıqla məşğuldur. O, sənəd saxtakarlığı da daxil olmaqla, əvvəllər iki dəfə məhkum edilib. Kişi özünü günahkar hesab etməyib: "Azyaşlı qız hazırda ağır stress keçirir və onun psixoloji vəziyyəti qeyri-sabit kimi qiymətləndirilir. Hazırda o, psixoloqun nəzarəti altındadır".
Müəllif: Tural
-
ABŞ11:13Tramp bu okeana öz adını vermək istəyir
-
MDB10:468 il sonra üzə çıxan cinayət: Biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
-
ABŞ10:35Mask da Zelenskiyə qarşı çıxdı: "Ukrayna yeni lider tapmalıdır!"
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
-
Səhiyyə09:28Meymunçiçəyi qayıdır? - Yeni yoluxmalar aşkarlandı
-
Region08:48İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
-
Avropa08:00Zooparkda pələng kişini parçaladı
-
Magazin207:30“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO





























.jpg)




