Rusiya Ukraynada yaşayış binalarını vurur: Ölən və yaralananlar var
Bizi izləyin

MDB

Rusiya Ukraynada yaşayış binalarını vurur: Ölən və yaralananlar var

Rusiya Ukraynada yaşayış binalarını vurur: Ölən və yaralananlar var

12 oktyabr axşamı Rusiyaya məxsus hücum dronları Xarkovun Xolodnoqorski rayonuna hücum etdi.

Publika.az xəbər verir ki, zərbələrdən biri mənzil binasını qismən dağıdıb, bütün giriş isə uçub. Hazırda insanlar dağıntılar altında qalıblar. Xarkov meri İqor Terexovun son məlumatına görə, hücum nəticəsində səkkiz nəfər yaralanıb, lakin yaralıların sayı arta bilər.

Xarkov Regional Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov beşmərtəbəli binanın qismən dağıldığını və ərazidə yanğın baş verdiyini dəqiqləşdirib. Sinequbov əlavə edib ki, qurbanlardan biri, 19 yaşlı şəxs yanıq xəsarətləri ilə ağır vəziyyətdədir.

Terexovun sözlərinə görə, Xarkova doqquz pilotsuz təyyarə hücumu olub . Onların hamısı Xolodnoqorski və Şevçenkivski rayonlarına endirilib. Mer bildirib ki, hücumlar nəticəsində altıdan çox fərdi evə və bir neçə çoxmənzilli binaya ziyan dəyib.

Elə həmin axşam Rusiya dronları Kiyevə də hücum edib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, zərbələrdən biri Darnitski rayonundakı 25 mərtəbəli yaşayış binasına dəyib. Hücum nəticəsində iki nəfər həlak olub, yaralananlar da var.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm