Rusiya neftinin çatdırılma qiymətləri rekord həddə çatdı
Bizi izləyin

MDB

Rusiya neftinin çatdırılma qiymətləri rekord həddə çatdı

Rusiya neftinin çatdırılma qiymətləri rekord həddə çatdı

Oktyabrın əvvəlində Rusiyanın qərb limanlarından Hindistana neft tədarükü üçün gəmilərin icarə (freyt) haqqı bir barrel üçün 30 dollara qədər kəskin yüksəlib.

Publik.az xəbər verir ki, bu barədə “Reuters” ticarət və gəmiçilik sahəsindəki mənbələrə istinadla məlumat yayıb.

Xammalın Qara dənizdən “Suezmax” sinfinə aid tankerlə (bir milyon barrelə qədər neft daşıyır) daşınması tək tərəfə bir reys üçün rekord göstəriciyə - 27–30 milyon dollara qədər bahalaşıb.

Hələ sentyabr ayında belə bir gəmini 19 milyon dollara icarəyə götürmək mümkün idi. Baltik dənizi limanlarından Hindistanın qərb sahilləri istiqamətində daha kiçik ölçülü gəmilərin (“Aframax” sinfi) icarə dərəcələri 21–23 milyon dollara qədər artıb, hərçənd bəzi gəmi sahibləri artıq 25 milyon dollar tələb edirlər.

Bununla belə, tanker çatışmazlığı səbəbindən qiymət dərəcələrinin artımı bütün istiqamətlərdə müşahidə olunur. Rusiyada yaranan xüsusi problemlər bütövlükdə həm sanksiyalar, həm də pilotsuz uçuş aparatlarının hücumları səbəbindən Qara dənizdə hərəkətin təhlükəli olması ilə izah edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm