MDB
Belçika səfiri Rusiya XİN-ə çağırıldı
Belçikanın Rusiyadakı səfiri Mişel Jerebtsoff Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin saytında bildirilir.
Rusiya diplomatiya idarəsindən verilen məlumata görə, diplomat qarşısında Mosvanın mövqeyi bəyan edilib; Moskva Belçikanın hərbi-siyasi rəhbərliyi tərəfindən tez-tez səsləndirilən ittihamları qətiyyətlə rədd edir. Söhbət Rusiyadan Belçika və Avropaya yönələn, artmaqda olan hibrid, təxribat xarakterli və birbaşa hərbi təhdidlər barədə iddialardan gedir. Rusiya tərəfi bu bəyanatları “heç nə ilə əsaslandırılmayan” kimi xarakterizə edib və onları krallıq hakimiyyətinin anti-Rusiya ritorikası ilə əlaqələndirib.
“Belçika hakimiyyətinin ayrı-ayrı nümayəndələrinin Rusiyanı məqsədyönlü şəkildə düşmən kimi qələmə verən açıq-aşkar təcavüzkar çıxışları gərginliyin daha da artmasına və onların alovlandırdığı qarşıdurmanın nəzarətdən çıxması riskinə rəvac verir”, - məlumatda qeyd olunub.
Buna qədər Belçikanın müdafiə naziri Teo Franken bəyan etmişdi ki, Rusiya Qərb cəbhəsini açır və ictimai rəyi Kiyevə qarşı çevirməyə çalışaraq Ukraynanın müttəfiqlərinə təzyiq göstərir.
O hesab edir ki, gərginlik həm döyüş meydanında, həm də Avropada artacaq. Onun sözlərinə görə, Avropa Soyuq müharibə dövründən bəri Moskvadan “belə təcavüzkar ton” eşitməmişdi.
Hüseyn İbadlı
-
ABŞ21:12Mask 4 gün sonra trilyonçu statusunu itirdi
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur



































