Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
Bizi izləyin

Region

Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda

Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda

TRIPP (Zəngəzur dəhlizi) müstəqilliyimizdən bəri ən böyük layihədir və biz onun həyata keçirilməsinin növbəti vacib mərhələsinə keçirik.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan hökumət iclasında elan edib.

Onun sözlərinə görə, müqavilənin bağlanacağı TRIPP İnkişaf Şirkəti bir həftə ərzində qeydiyyatdan keçəcək və layihəni praktikada həyata keçirə biləcək.

O, layihə üçün hazırlıq işlərinin 23 noyabrda başladığını xatırladıb: dəmir yolu hissəsində torpaq təmizlənməsi başa çatıb, tikinti sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır, yollar, dəmir yolları və elektrik xətləri üçün layihələndirmə işləri aparılır.

"Şirkət qeydiyyatdan keçdikdən sonra layihəni çatdığımız nöqtədən davam etdirəcək", - deyə Paşinyan qeyd edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm