İdman
Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 5 yanvar tarixli qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, xidmət haqqının miqdarı Azərbaycan ərazisində keçirilən respublika səviyyəli idman tədbirləri zamanı günlük 50 AZN, Azərbaycan ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirlər zamanı isə günlük 100 manatdır.
Hakimlər briqadasının üzvləri və yarışların baş katibinin xidmət haqqı isə müvafiq olaraq 25 və 50 manat müəyyənləşib.
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)
























