Mistika
Səkkiz dəqiqə ölü qalan qadın nələr görüb? - FOTO
33 yaşlı amerikalı Brianna Laferti səkkiz dəqiqə ərzində öldüyünə inanır. O hesab edir ki, bu təcrübə ona bir sıra vacib məsələləri dərk etməyə kömək edib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Jurnalistlər qadının uzun müddət ağır nevroloji xəstəliklə mübarizə apardığını və bir anda huşunu itirdiyini, 8 dəqiqə ərzində kliniki ölüm vəziyyətində olduğunu açıqlayıblar.
Qadın özü isə deyir ki, bu vəziyyətinə baxmayaraq, şüuru "onunla birlikdə ölməyib".
"Ölüm bir illüziyadır, çünki ruhumuz heç vaxt ölmür. Şüurumuz canlı olaraq qalır, sadəcə olaraq mahiyyətimiz transformasiya olunur. Mən öz insan kimliyimi görmürdüm və ya xatırlamırdım. Mən tamamilə hərəkətsiz idim, lakin özümü tamamilə canlı, şüurlu və əvvəlkindən daha yaxşı hiss edirdim", - xanım Laferti bildirib.
O, hazır olub-olmadığını soruşan bir səs eşidib, sonra hər tərəf qaralıb. Bu an ona elə gəlib ki, ruhu cansız bədəninin üzərinə qalxıb və zamanın ölçüsü olmayan bir dünyaya qədəm qoyub.
"Mən qəflətən fiziki bədənimdən ayrıldım. Heç bir ağrı yox idi, sadəcə olaraq dərin dinclik və rahatlıq hissi var idi. Fiziki formamdan qopma mənə insan kimi həyatımızın nə qədər müvəqqəti və kövrək olduğunu dərk etdirdi", - qadın deyib.
Sonra o, insan kimi görünməyən, lakin qəribə bir şəkildə tanış gələn başqa varlıqlarla tanış olub. Brianna əmindir ki, onu bu səyahətində "daha yüksək intellekt" müşahidə edib.
"Bizə yol göstərən və qeyd-şərtsiz məhəbbətlə bizi izləyən bizdən yüksək bir varlıq və ya zəka var. Düşüncələrim dərhal reallaşdı. Mən anladım ki, bizim düşüncələrimiz oradakı reallığı formalaşdırır", - xanım Laferti etiraf edib. (Oxu.Az)
-
Hadisə18:40“Masazır dairəsi”ndə dəhşətli qəza belə baş verib - Anbaan VİDEO
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
İdman14:48“Qarabağ”ın hücumçusu millisinə qələbə qazandırdı - VİDEO
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
-
Nida Xəbər 13:58Prezidentin sosial media hesablarında Bakıdakı forumda iştirakına dair video paylaşıldı
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu






.jpg)



























