Pilotların Suriyanı bombalama HAZIRLIĞI ÜZƏ ÇIXDI - VİDEO
Bizi izləyin

Yaxın Şərq

Pilotların Suriyanı bombalama HAZIRLIĞI ÜZƏ ÇIXDI - VİDEO

Ötən gecə Suriyaya raket zərbələrinin endirilməsində Böyük Britaniyanın 4 “Tornado GR4” qırıcı-bombardmançısı da iştirak edib.

Publika.az xəbər verir ki, internetdə Suriyanın Xüms vilayətində rejimə aid obyektlərin bombalanmasında iştirak edəcək təyyarələri hazırlanmasının görüntüləri yayılıb.

Cənubi Kiprdəki bazadan qalxan bombardmançılar “Storm Shadow” qanadlı raketlər buraxıblar.

Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm