Qahirədə Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək
Bizi izləyin

Yaxın Şərq

Qahirədə Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

Bu gün Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri səviyyəsində fövqəladə iclası keçiriləcək.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yığıncaqda Qüds ətrafında və kütləvi etirazlardan sonra Fələstin ərazilərində vəziyyət müzakirə ediləcək. Toplantı hazırda Liqada sədrlik edən Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutacaq.

Ötən gün Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri səviyyəsində keçirilən toplantıda Fələstindəki hadisələrlə bağlı qəbul edilən qətnamə layihəsi nazirlər tərəfindən təsdiqlənməlidir. Ancaq sənədin məzmunu açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm