Yaxın Şərq
Rusiyadan İrana gözlənilməz ZƏRBƏ - İsraillə razılaşdı
“Rusiya və İsrail İran qüvvələrinin Suriyadan çıxarılması mövzusunda razılaşıb”.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenziya BMT Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Sazişin icra olunub-olunmadığına dair cavab verə bilməyəcəyəm, ancaq tərəflər sazişdən məmnundurlar. Saziş indi həyata keçirilməsə belə, gələcəkdə həyata keçiriləcək”, - rusiyalı diplomat deyib.
Xatırladaq ki, daha əvvəl İsrailin “Kanal 10” televiziyasının yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Razılaşmaya görə, İran, “Hizbullah” və ya Tehrana bağlı olan hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Dünən isə İsrailin “Jerusalem Post” qəzeti bildirib ki, Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın “Hizbullah” şiə təşkilatının döyüşçüləri İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırırlar.
Nəşrin yazdığına görə, xüsusi halda İrana yaxın qruplaşmalar Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.
Ömər
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq