İsrail parlamentindən Netanyahuya ZƏRBƏ: Savaş elan etmək qadağan edildi
Bizi izləyin

Yaxın Şərq

İsrail parlamentindən Netanyahuya ZƏRBƏ: Savaş elan etmək qadağan edildi

İsrail parlamenti baş nazir və müdafiə nazirinin fövqəladə hallarda parlamentin icazəsi olmadan müharibə elan etmək səlahiyyətini əllərindən alıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İsrail parlamentinin mətbuat xidməti yayıb. Parlamentdə 77 deputat bu təklifi dəstəkləyib, 16 deputat isə əleyhinə səs verib. Yeni qəbul edilən qanun layihəsinə əsasən, təkcə müharibə elanı yox, həmçinin genişmiqyaslı hərbi əməliyyatları parlamentlə yanaşı İsrail hərbi-siyasi kabinetinin icazəsi olmadan keçirmək mümkün olmayacaq.

Qeyd edək ki, parlament bu ilin 30 aprelində İsrail baş naziri və müdafiə nazirinə müharibə elan etmək səlahiyyəti verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm