Yaxın Şərq
Tramp İranı bombalamaq üçün yeni ittifaq qurur - MƏXFİ PLAN
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə yeni hərbi
ittifaqın qurulması üzərində işləyir.
Publika.az xəbər verir ki, yeni hərbi ittifaqa Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BAE), Qətər, Bəhreyn, Misir
və İordaniya daxil ediləcək.
“Röyters”in məlumatına görə, İrana qarşı yaradılması planlaşdırılan
ittifaq “Ərəb NATO-su” adlandırılacaq. Layihənin həyata keçirilməsi
gizli şəkildə aparılır.
“Ərəb NATO-su” layihəsi ilk dəfə ötən il Trampın Səudiyyə
Ərəbistanına səfəri zamanı gündəmə gəlib.
Trampın prezident seçilməsindən sonra ilk xarici səfərini Ər-Riyada
etməsi təsadüfi deyildi. Azərbaycan rəhbərliyinin də dəvət aldığı
Ər-Riyad sammiti əslində Yaxın Şərqdə baş verən bugünkü proseslər
və Vaşinqtonun Tehranın üzərində yeriməsinin başlanğıcı hesab oluna
bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Məlumata görə, ABŞ-ın MESA (Middle East Strategic Alliance: Yaxın
Şərq Strateji İttifaqı) adlandırdığı layihə 12-13 oktyabrda
Vaşinqtonda keçiriləcək sammitdə müzakirə ediləcək.
Ağ Ev layihə haqqında “son bir neçə aydır regional
müttəfiqlərimizlə plan üzərində işləyirik” açıqlamasını verib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurası isə “MESA İranın təhdidlərinə,
terrorçuluğa və radikallığa qarşı müzakirə edərək, Yaxın Şərqə
sabitlik gətirəcək” deyə layihəyə münasibət bildirib.
Adını açıqlamayan İran rəsmisi isə bildirib ki, ABŞ və regional
müttəfiqləri bu layihə ilə bölgədə gərginliyi daha da
artıracaq.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?