Suriya ordusu cənubda hərbi əməliyyatları tamamladı
Bizi izləyin

Yaxın Şərq

Suriya ordusu cənubda hərbi əməliyyatları tamamladı

Suriyanın cənubunda terrorçulara qarşı silahlı qüvvələrin əməliyyatları çərşənbə axşamı tamamilə başa çatıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Astana formatı çərçivəsində Soçidə aparılan danışıqların nəticəsinə görə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev jurnalistlərə bildirib.

“Təsdiq etmək istəyirəm ki, Suriyanın cənub və cənubi-qərbində İŞİD və “An-Nüsra” Cəbhəsi terror təşkilatlarına qarşı əməliyyatlar tamamilə başa çatıb. El-Kuneytra, Deraa və Suriya-İsrail-İordaniya sərhədi döyüşçülərdən tamamilə təmizlənib”, - Lavrentyev əlavə edib.

O həmçinin bildirib ki, Suriya qoşunları cənubda terrorçulara qarşı əməliyyatların tamamlanmasından sonra Qolan hündürlüklərinə yanaşı əraziyə tamamilə nəzarət edir.

Diplomat vurğulayıb ki, əgər loyal müxalifət öhdəsindən gəlməsə, Rusiya İdlibdə terrorçularla mübarizədə kömək göstərməyə hazırdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm