“Bir daha əsla…” - Səudiyyəli nazir dünyanı LAĞA QOYDU
Bizi izləyin

Yaxın Şərq

“Bir daha əsla…” - Səudiyyəli nazir dünyanı LAĞA QOYDU

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edən Ər-Riyaddan maraqlı bir açıqlama gəldi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Adil Əl-Cubeyr Camal Qaşıqçı hadisəsinin bir daha baş verməyəcəyini bildirib.

“Bir daha əsla? Camal Qaşıqçı hadisəsi kimi bir hadisə olmayacaq. Bu hadisəyə görə məsuliyyət daşıyanlar mütləq cəzalandırılacaq. Əhatəli bir araşdırmanın aparılması üçün çalışırıq”, - səudiyyəli nazir vurğulayıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm