Husilər ərəb koalisiyasına hücumları dayandırdı
Bizi izləyin

Yaxın Şərq

Husilər ərəb koalisiyasına hücumları dayandırdı

Husi qiyamçıları Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası və onların Yəməndəki müttəfiqlərinə raketlər və pilotsuz təyyarələrin köməyi ilə edilən hücumların dayandırıldığını elan edib.

Publika.az xəbər verir ki, bu haqda Ali İnqilabi Komitənin bəyanatına istinadən “RİA-Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, qərar koalisiya və onun müttəfiqlərini təcavüz və ya blokadanın davam etdirilməsi üzrə istənilən əsaslardan məhrum etmək məqsədi ilə qəbul edilib.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri hökumətə müxalif husi üsyançıları ilə hökumət gücləri arasında döyüşlər gedir. Husilər Yəmənin bəzi iri şəhərlərini nəzarətdə saxlayırlar.

2015-ci ildən isə Səudiyyənin başçılıq etdiyi koalisiya hökumətə dəstək məqsədilə husilərə qarşı əməliyyatlar həyata keçirir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm