Qətərdən dünyanı silkələyəcək ADDIM: 2019-cu ilin yanvarında...
Bizi izləyin

Yaxın Şərq

Qətərdən dünyanı silkələyəcək ADDIM: 2019-cu ilin yanvarında...

Qətər Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxacağı barədə təşkilata xəbərdarlıq edib.

Publika.az RBK agentliyinə istinadən xəbər verir ki, bu haqda Qətərin paytaxtı Dohada mətbuat konfransında Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Səda bildirib.

Nazirin sözlərinə görə, Qətər 2019-cu ilin yanvarında OPEK-dən ayrılacaq.

O bildirib ki, ölkə qaz hasilatı və mayeləşdirilmiş təbii qazın istehsalına diqqəti artırmaq istəyir.

Qeyd edək ki, Əlcəzair, Anqola, Venesuela, Qabon, İran, İraq, Konqo, Küveyt, Qətər, Liviya, BƏƏ, Nigeriya, Səudiyyə Ərəbistanı, Ekvator Qvineyası və Ekvadorun daxil olduğu OPEC dünyada neft ehtiyatlarının təxminən üçdə ikisinə nəzarət edir, onların payına hasilatın və ixracın 45 faizi düşür.

Təşkilatda neft hasilatına görə Qətərin payı isə 1,85 faiz təşkil edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm