Yaxın Şərq
Ordunun həmləsinə İLK CAVAB gəldi: Kürdlər ayağa qalxdı
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən PKK-terror təşkilatına qarşı Fərat çayının şərqində həyata keçiriləcək 3-cü ortaq hərbi hərəkat Suriya Demokratik Qüvvələrini (SDQ) hərəkətə keçirib.
Publika.az xəbər verir ki, YPG terror təşkilatının tərkibində olduğu SDQ-nin ali baş komandanı Məzlum Kobani Fərat çayının şərqindəki kürd qüvvələrinin hücumlara qarşı müdafiəyə hazır olduğunu və türk ordusuna dirənəcəklərini bildirib.
Həm YPG-nin, həm də SDQ-nin qurucularından olan Kobani ordunun ilk açıqlamasını “Röyters” agentliyinə və “Əl Mayadin” televiziyasına verib.
Qeyd edək ki, daha öncə suriyalı kürdlərin təktərəfli olaraq elan etdiyi muxtar hakimiyyət məsələ ilə bağlı açıqlama vermişdi. Açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sadəcə suriyalı kürdlərin nəzarətindəki bölgələri deyil, Suriyanın ərazi bütövlüyünü hədəf aldığı, beynəlxalq hüququ pozduğu iddia edilmişdi.
Zümrüd
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək








































