Kamikadze özünü XİN-in binasında PARTLATDI: ölənlər var - FOTO
Bizi izləyin

Yaxın Şərq

Kamikadze özünü XİN-in binasında PARTLATDI: ölənlər var - FOTO

Tripolidə Liviyanın Xarici İşlər Nazirliyinin binasında partlayış törədilib.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Məlumata görə, ölənlərdən biri kamikadze, biri isə binanın mühafizəçisidir. Üçüncü həlak olmuş haqqında informasiya yoxdur.

Nazirliyin ərazisində partlayışdan atəş səslərinin eşidildiyi bildirilir. Bəzi məlumatlara görə, Xarici İşlər Nazirliyinin heyətini təxliyyə etmək mümkün olub.

Yayılmış kadrlarda binanın üzərində tüstü buludlarının qalxdığı, binanın qarşısındakı avtomobillərin yandığı görünür.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm