Yaxın Şərq
Dünyanın bütün supergücləri Türkiyənin qarşısında DAYANA BİLMƏDİ: Ankara Rusiya və Fransanı...
PKK terror təşkilatının Suriya qolu olan YPG-yə nəzarət edən Demokratik Suriya Qüvvələri ABŞ-ın hərbi qüvvələrini ölkədən çəkməsindən sonra yeni himayədar axtarışlarını davam etdirir.
Publika.az xəbər verir ki, PYD səlahiyyətliləri Türkiyənin onlara qarşı həyata keçirəcəyi hərbi əməliyyatlardan qorunmaq və əngəl olmaq üçün Rusiya və Suriya dövlətləri ilə görüşlər keçirir. Ötən həftə Fransa ilə danışıqlar aparan terrorçular istədikləri nəticəni əldə edə bilmədikləri üçün görüşlərin Rusiya ilə davam etməsi qərarı alıb. ABŞ-ın qoyduğu boşluqdan ciddi şəkildə narahat olan təşkilat Türkiyədən qorxduğu üçün hər yola əl atmağa hazırdır.

Rusiyanın “Sputnik” agentliyinə açıqlama verən PKK/PYD lideri Fəthi Məhəmməd PYD-nin uğurlar əldə etmiş 100 min üzvü olduğunu deyib. O bildirib ki, bu gücdən istifadə etmək lazımdır və rusların bu qüvvəni əldən buraxacaqlarına inanmırlar. O qeyd edib ki, ABŞ-ın Suriyadan çəkilməsi Türkiyə ilə görüşlərdən sonra deyil, ABŞ-Rusiya razılaşmasından sonra olub.
PYD-nin siyasi qanadı DSM-nin mətbuat katibi Əmcəd Osman isə verdiyi açıqlamada ABŞ-ın qərarından sonra bir neçə ölkə ilə görüşdüklərini, lakin Türkiyə faktoruna görə razılaşma əldə edə bilmədiklərini deyib.
Zümrüd
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ






































