Sonuncu QALA uğrunda SAVAŞ BAŞLADI: Rusiyadan ABŞ-a ULTİMATUM
Bizi izləyin

Yaxın Şərq

Sonuncu QALA uğrunda SAVAŞ BAŞLADI: Rusiyadan ABŞ-a ULTİMATUM

Dünyanın bir çox nöqtələrində toqquşan ABŞ və Rusiya İraq uğrunda da döyüş aparır. ABŞ-ın Yaxın Şərqdə zəifləyən mövqeləri fonunda Rusiya İraqda gücünü artırır. İraq İran və Suriya ilə həmsərhəd ölkə olduğu üçün strateji nöqtə hesab edilir və həm Rusiya, həm də ABŞ üçün Yaxın Şərqdə əsas partnyorlardan biridir. Bununla belə, Moskva tələb edir ki, Vaşinqton İraqda öz hərbi mandatını başa çatdırsın və regional əməliyyatlar üçün ondan meydança kimi istifadə etməsin.

Publika.az xəbər verir ki, yanvarın 30-da İraq və Rusiyanın Xarici İşlər Nazirliyinin başçıları Məhəmməd Əli əl-Hakim və Sergey Lavrov Moskvada görüşdülər.

Sergey Lavrov bildirdi ki, Moskva ABŞ-ın “geosiyasi məsələləri” İraqda həll etməyəcəyinə ümid edir.

“Əlbəttə, hesab edirik ki, ABŞ-ın İraqda hərbi mövcudluğu açıqlanmış hədəflərə - terrorizmlə mübarizəyə və İraqda vəziyyətin sabitləşməsi üçün hökumətə köməyə uyğun olacaq. Bu mövcudluq hər hansı üsulla regionda geosiyasi məsələlərin həllində istifadə edilməməlidir”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı bildirib.

Beynəlxalq işlər üzrə Rusiya Şurasının eksperti Yuri Barminin sözlərinə görə, Moskvada qorxular var ki, ABŞ İraq ərazisindən Suriyada əməliyyat keçirəcəklər.

“Həmçinin informasiyalar var ki, onlar Suriyada zərbələri endirmək, həmçinin Suriyanın şimalda mümkün bufer zonanı formalaşdırmaq üçün. İraq aviasiyasından istifadə edə bilər. Bu, əlbəttə, Moskvanın maraqlarına cavab vermir”, - o, “Qazeta.Ru”nun müxbiri ilə söhbətində deyib.

Öz növbəsində, Vaşinqtondakı “Gulf State Analytics” analitik şirkətinin aparıcı eksperti Teodor Karasikin sözlərinə görə, Lavrovun mövqeyi onunla bağlıdır ki, Moskvanın fikrincə, amerikalılar açıqlanmış mandatın çərçivəsindən kənara çıxırlar. Eyni zamanda, Karasik qeyd edir ki, ABŞ bir çox regional problemin həlli üçün İraqı platform olaraq görür.

Daha əvvəl Ağ Evin səsləndirdiyi planlara görə, ABŞ İraqdakı hərbi gücünü saxlamaq niyyətindədir. Burada ABŞ-ın bir neçə hərbi bazası var, ancaq onlarda hərbçilərin sayı 5 mini keçmir. 2018-ci ilin sonunda prezident Donald Tramp onlardan birinə baş çəkib və hərbi qulluqçularla görüşüb. Vaşinqtonda bildirdilər ki, görüş İŞİD terror qruplaşması ilə mübarizəyə həsr edilmişdi. Ancaq daha bir hədəf qonşu İraqda güclənən İrandır.

ABŞ-ın Quru Qüvvələri Komandanlığı İraqın işğalına dair bu günlərdə açıqladığı 1300 səhifəlik hesabat da Vaşiqntonun narahatlığının hansı səviyyədə olduğunu göstərir. 2003-2018-ci illərdə İraqda ABŞ-ın hərbi fəaliyyətini əks etdirən hesabatda İrana dair şok ifadələr işlədilib. Sənəddə İraq savaşından ABŞ-ın deyil, İranın qalib çıxdığı bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın vaxtlarda İraq “Asaib ahl al-Hakk” şiə hərbi qruplaşmasının liderlərindən biri bildirib ki, İraq parlamenti ən yaxın aylarda ABŞ qoşunlarının ölkədə olması haqqında məsələni qaldırmalıdır. Amerika prezidentinin səfəri İraq parlamentində də mənfi reaksiya doğurdu. İraqın keçmiş baş naziri Heydər əl-İbadi bildirdi ki, Trampın səfəri diplomatik normalara uyğun deyildi. Trampın İraqın baş naziri Adil Əbdül Mehdi ilə görüşü isə “fikir ayrılıqlarına” görə baş turmadı. Amma, İraq baş nazirinin mətbuat xidmətindən bildirdilər ki, Tramp Adil Əbdül-Mehdini Vaşinqtona baş çəkməyə dəvət edib. Bağdadın Vaşinqtondan narazılığı fonunda Moskva ilə yaxınlaşmağa cəhd etməsi təbii qarşılanır.

Rusiya və İraq son zamanlar hərbi-texniki əməkdaşlığı aktivləşdirib. SSSR vaxtında Bağdad Moskvadan xeyli silahı alırdı, amma Səddam Hüseynin devirilməsindən sonra İraq ABŞ silahı əldə etməyə başladı. 2012-ci ildə isə Rusiya və İraq 4,2 milyard dollarlıq müqavilə bağladı. Müqavilə 36 zərbə helikpteri və “Pantsir-S” zenit komplekslərinin satışını nəzərdə tuturdu. 2014-cü ildə müqaviləyə düzəlişlər edildi və ona “Solntsepyok” ağır odsaçan sistemləri və daha sadə helikopterlərin satışı əlavə olundu.

“Gazeta. Ru”nun yazdığına görə, Amerika qoşunları Suriyadan çıxdıqdan sonra İraq Vaşinqton üçün Yaxın Şərqdə ön mövqedə tək ölkə olacaq. Daha əvvəl Ağ Evdəki mənbələrə istinadən “The New York Times” yazıb ki, ABŞ-ın qoşunları dörd ay ərzində Suriyanı tərk edəcək.

“Düzdür, Amerika qoşunlarının Suriyadan tam çıxarılacağı məlum deyil. Vaşinqtonda Suriya və İordaniya sərhədində yerləşən Et-Tanf hərbi bazasının Pentaqonunun nəzarəti altında saxlanılmasını müzakirə edirlər”, - mənbələrə istinadən “Foreign Policy” nəşri qeyd edib.

Bu məlumatlara görə, Vaşinqton Et-Tanfda qoşunlarını saxlamalıdır. Bu, İranın regional təsirinə qarşı durmaq, Suriya və İraq vasitəsilə Livanın “Hizbullah” qruplaşmasıyla əlaqəsinə mane olmaq üçündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm