4 ölkə Türkiyəyə qarşı BİRLƏŞDİ: Qüdsdə toplantı...
Bizi izləyin

Yaxın Şərq

4 ölkə Türkiyəyə qarşı BİRLƏŞDİ: Qüdsdə toplantı...

Yunanıstan, Cənubi Kipr və İsrail rəsmiləri ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə toplantı keçirib.

Publika.az xəbər verir ki, İsrail lideri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Cənubi Kipr lideri Nikos Anastasiadis Pompeo ilə Qüds şəhərində bir araya gəlib.

Görüşün ardınca ortaq açıqlamalar verilib. Liderlərin enerji müstəqilliyi və təhlükəsizliyini dəstəkləmək, Şərqi Aralıq dənizini xarici təsirlərdən qorumaq üçün əməkdaşlığı inkişaf etdirmək istədiyi bildirilib.

Daha sonra bir sıra rəsmi sənədlər imzalanıb.

Bölgədə yeni kəşf edilən enerji yataqlarının region ölkələrinə verdiyi məmnuniyyəti dilə gətirən ABŞ-ın açıq dəstəyi fərqli bir məna daşıyır. Çünki yunanlar inhisara almaq istədikləri Aralıq dənizində Türkiyəyə qarşı ABŞ-a ehtiyac duyur.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo 19-23 mart tarixlərində Yaxın Şərqə səfərində olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm