Knessetə seçkilər: səslərin 94 faizi sayıldı - NƏTİCƏLƏR (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

Knessetə seçkilər: səslərin 94 faizi sayıldı - NƏTİCƏLƏR (YENİLƏNDİ)

İsraildə keçirilmiş parlament seçkilərində protokolların 94 faizinin hesablanmasından sonra İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası və İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi blokunun hər ikisi Knessetdə 35 deputatla təmsil olunacaq.

Publika.az "Report"a istinad'n xəbər verir ki, bu barədə məlumatı "Kan" dövlət radiosu yayıb. Qeyd olunub ki, parlamentdə 16 yer tutacaq "ŞAS" Ultradini partiyası, beş deputatla təmsil olunacaq "İsrail bizim evimizdir" partiyası və 4 yerlə parlamentdə olacaq "Kulanu" partiyası “Likud” partiyası ilə kolasiya yarada bilər. Bununla da Baş nazir Binyamin Netanyahu hələlik Knessetdə mövcud olan 120 yerin 60-nı əldə edəcək.

İsrailin M'rk'zi Seçki Komissiyası səslərin hesablanması nəticəsində alınan son məlumatları da açıqlayıb. Belə ki, İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası seçicilərin 26,28 faizinin (1 061 105 səs) səslərini toplayıb. “Kahol-Lavan” mərkəzçi bloku isə hazırkı nəticələrə görə seçkilərdə 25,97 (1 048 472) səs toplayıb. Qeyd olunur ki, seçkidə iştirak edən 4 066 065 şəxsin səsi hesablanıb.

***

Baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib.

Publika.az Axar.az-a istinadən Netanyahu bu haqda tvitterdəki açıqlamasında bildirib.

Lakin parlament seçkiləri ilə “Ekzit-poll” nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun Likud Partiyası ilə Kaxol-Lavan Blokunun səsləri təxminən eynidir. Amma hazırkı hakimiyyətin koalisiya qurmaq şansı daha böyükdür.

“Kan” teleşirkətinin seçki məntəqələrinin qarşısında keçirdiyi sorğuya əsasən, Likud Partiyası parlamentdəki 120 yerdən 36-nı qazanıb, "Kaxol-Lavan" Bloku isə 37 yerə sahiblənib. 12-ci və 13-cü kanalın sorğusuna əsasən isə Likud 33-37 yer ala bilər.

“Kan” Netanyahu koalisiyasının 64 deputat toplaya biləcəyini elan edib.

Eyni zamanda, “Kaxol-Lavan”ın lideri, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib.

"Biz qalib gəldik! İsrail xalqı öz mövqeyini ortaya qoydu!"- o deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm