Düşmənə raketlərlə sürpriz hazırlanır - XƏBƏRDARLIQ
Bizi izləyin

Yaxın Şərq

Düşmənə raketlərlə sürpriz hazırlanır - XƏBƏRDARLIQ

Yəmən xalqına hücum edənlərə sürpriz hazırlanır.

Publika.az xəbər verir ki, bunu Yəmən hökumətinin müdafiə naziri Məhəmməd Nəsir Əl-Atıfi deyib.

SABA agentliyinin məlumatına görə, Hərbi İnam Hazırlığı Komissiyası toplantısında çıxış edən nazir pilotsuz uçuş aparatları ilə raketlər istehsal etdiklərini və bu silahları Yəməndə hərbi əməliyyatlar keçirən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə qarşı istifadə edəcəklərini deyib.

Müxtəlif havadan müdafiə silahlarının istehsalı və inkişaf etdirilməsi məsələlərinin son mərhələdə olduğunu bildirən nazir Husilərin düşmən torpaqlarının dərinliklərindəki böyük əhəmiyyətə sahib nöqtlərə qarşı sarsıdıcı əməliyyatlar təşkil edəcəklərini xəbər verib.

Qeyd edək ki, Husilər son zamanlarda müdafiə mövqeyindən hücum mövqeyin keçiblər. Təşkilat Səudiyyə Ərəbistanında əhəmiyyətli nöqtələrə pilotsuz uçuş aparatları ilə hücum edir. Bunlar arasında Səudiyyə Ərəbistanının qərb sahilindəki Yenbu limanına neft nəql edən boru xətlərindən ikisinə PUA-larla hücum səs-küy yaratmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm