SON DƏQİQƏ: Rusiya ordusu Suriyada geri çəkildi - ŞOK İDDİA
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: Rusiya ordusu Suriyada geri çəkildi - ŞOK İDDİA

Rusiya hərbi qulluqçuları Suriyanın Hama əyalətinin şimalında Tal-Salbe hərbi bazasından geri çəkilməyə məcbur olub.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda “Al-Masdar News” bildirib.

Nəşrin mənbələrinin sözlərinə görə, bu, “Hayat Tahrir-aş-Şam” qruplaşmasının döyüşçülərinin Rusiya hərbçilərinin mövqelərinə artilleriya zərbələrindən sonra baş verib.

Mənbələr qeyd edirlər ki, döyüşçülər Suriyanın hökumət qoşunlarına əks-hücumdan sonra rusiyalılara hücüm ediblər. Onların hərəkətlərinə cavab olaraq Rusiya aviasiyası zərbələr endirib. Bu, Tal-Salbeyə artilleriya atəşinin dayandırılmasına gətirib çıxarıb.

İyunun 6-da verilən xəbərə görə, Suriyanın Hərbi-Hava Qüvvələri Rusiya aviasiyası ilə birgə İdlib əyalətində “Hayat Tahrir-aş-Şam” qruplaşmasının mövqelərinə zərbələr vurub. Onun cənub hissəsində Suriya ordusunun yerüstü əməliyyatı planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm