Suriyada 140-dan çox terrorçu məhv edildi
Bizi izləyin

Yaxın Şərq

Suriyada 140-dan çox terrorçu məhv edildi

Suriyada 6-7 iyunda terrorçular hökumət güclərinin mövqelərinə hücüm ediblər.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin brifinqdə bildirib.

Onun sözlərinə görə, “Hayat Tahrir Aş-Şam” terror qruplaşmasının təxminən 500 döyüşçüsü Hama əyalətində hökumət güclərinin mövqelərinə hücüm ediblər. Döyüşçülərin hücumunda altı tank, dörd piyada döyüş maşını, üzərində böyuk kalibrli pulemyotlar yerləşdirilmiş 20 avtomobil və başqa hərbi texnika iştirak edirdi.

Rusiya aviasiyasının dəstəyi ilə Suriyanın hökumət gücləri müdafiə döyüşünün gedişatında 140-dən çox terrorçunu, beş tankı, üç piyada döyüş maşınını, doqquz pikapı, bir reaktiv yaylım atəş sisteminı və iki minaatanı məhv edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm