Türkiyənin düşmənlərinə ƏN BÖYÜK ZƏRBƏNİ onlar vuracaq - 60 min terrorçu...
Bizi izləyin

Yaxın Şərq

Türkiyənin düşmənlərinə ƏN BÖYÜK ZƏRBƏNİ onlar vuracaq - 60 min terrorçu...

YPG/PKK terrot təşkilatına ən böyük zərbəni təşkilatdan ayrılması gözlənilən 30 min ərəb ünsürü vuracaq.

Publika.az xəbər verir ki, bu barədə hərbi mütəxəssislər danışıb.

Suriya Məsələləri üzrə koordinator Oytun Orhan bildirib ki, ərəb ünsürlərlə YPG arasındakı ittifaq həssasdır: “Tamamilə zorla və regional təhlükəsizliyə dayanan ittifaq vardı. Türkiyənin müdaxiləsi ilə ərəb tayfalar təşkilatdan ayrılaraq fərqli ittifaq axtarışlarına keçə bilərlər. Onsuz da, ərəb tayfalarla YPG arasında uzun zamandır ki, problemlər vardı. Deyr-əz-Zor və Rakkada YPG-yə qarşı daimi aksiyalar keçirilirdi. “Barış Pınarı” isə YPG ilə ərəb ünsürlər arasında bölünməyə səbəb olacaq”.

O qeyd edib ki, Fəratın şərqindəki YPG-nin böyük bölümü ərəblərdən ibarətdir: “Suriya Demokratik Qüvvələrinə bağlı təşkilat üzvlərinin sayı 50-60 mindir. Bunun, haradasa, yarısı ərəb ünsürü olduğu ehtimal edilir. 20 mini suriyalı kürdlər, 10 mini isə PKK adlandıra billəcəyimiz, kor-koranə inandırılmış əsgərlərdən ibarətdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm