Yaxın Şərq
ABŞ Rusiyanı TƏHDİD ETDİ: Bu ərazilərə hücum olarsa...
ABŞ Suriyadakı neft yataqlarını qoruyacaq və onların ələ keçirilməsi cəhdlərinə güclə cavab verəcək.
Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin başçısı (Pentaqon) Mark Esper deyib.
“ABŞ Suriyanın şimal-şərqindəki neft yataqlarına nəzarəti davam etdirəcək. Əbubəkr əl-Bağdadi (İŞİD terror qruplaşmasının lideri -red.) sağ olanda bu yataqlar İŞİD üçün maliyyə mənbəyi idi”, - nazir bazar ertəsi Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.
Esper Amerikalı əsgərlərin Rusiya və Suriya ordusunun neft ərazilərinə girməsinə maneə törətmək niyyətində olub-olmadığı barədə suala müsbət cavab verib: “Ümumiyyətlə, bəli. ABŞ qüvvələri onları təhdid edən istənilən qüvvəyə ciddi reaksiya verəcək”.
Onun sözlərinə görə, ABŞ ordusunun məqsədi kürd müttəfiqləri olan “Suriya Demokratik Qüvvələri”nə bu yataqlardan istifadə etməyə imkan yaratmaqdır.
Daha əvvəl isə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev neft yataqları olan ərazilərin Suriya hakimiyyəti tərəfindən nəzarətə alınmalı olduğunu söyləyib.
“Bunun yeganə çıxış yolu olduğunu düşünürük”, - o deyib.
-
Yaxın Şərq11:33İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
-
Rəsmi xronika11:19İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi
-
Rəsmi xronika11:15Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır - VİDEO
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır
-
Sağlamlıq09:00Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq















.png)





.jpg)












