Yaxın Şərq
ABŞ-a ŞOK: Suriyadakı yeganə müttəfiqi Dəməşqin nəzarətinə keçir
“Suriya Demokratik Gücləri”nin (əsas hissəsi YPG terror təşkilatının döyüşçülərindən ibarətdir –red.) döyüşçüləri Suriya ordusunun tərkibinə girə bilərlər.
Publika.az xəbər verir ki, bu haqda hökumətdəki mənbələrə istinadən “Al-Akhbar” qəzeti yazıb.
Bildirilir ki, Suriya hakimiyyəti “Suriya Demokratik Gücləri”ni dağıtmaq və qruplaşmanı ordu və güc strukturlarının tərkibinə daxil etməyi planlaşdırır. Bundan başqa, Dəməşq daha əvvəl “Suriya Demokratik Gücləri”nin nəzarətində olan regionlarda dövlət orqanlarının işini bərpa etmək istəyir.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.
Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib. Hər iki razılaşma YPG-nin Suriyanın şimalından çıxarılmasını nəzərdə tuturdu.
Oktyabr 29-da Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, YPG bölgəni nəzərdə tutulmuş müddətdən daha tez tərk edib. Eyni bəyanatı həmçinin, “Suriya Demokratik Gücləri” verib. Qeyd edilirdi ki, qruplaşma əvvəl Rusiyaya öz etirazlarını ifadə edirdilər, ancaq sonda sülh təşəbbüsü ilə razılaşmalı olublar.
Qeyd edək ki, “Suriya Demokratik Gücləri” ABŞ-ın Suriyadakı yeganə müttəfiqi sayılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
