Türkiyə-Suriya sərhədində xəritə yenidən dəyişdi - FOTO
Bizi izləyin

Yaxın Şərq

Türkiyə-Suriya sərhədində xəritə yenidən dəyişdi - FOTO

Türkiyə-Suriya sərhədində xəritə dəyişib.

Publika.az
xəbər verir ki, PYD/YPG terrorçuları Bəşər Əsədin “birləşmə” təklifinə "yox" deyəndən sonra rejim gücləri “Sülh Çeşməsi” əməliyyatının keçirildiyi Rəsulyan bölgəsinin cənub-şərqindəki Tel Temır ərazisindən çəkilib.

Beləliklə PYD/YPG terrorçuları bölgədə tək qalıb. Terrorçuların başçısı, əsl adı Fərhad Abdi Şahin olan Mazlum Kobani kod adlı terrorçu ABŞ-a yalvarıb.

“Türkiyə ABŞ-la əldə olunan atəşkəs razılaşmasına əməl etmir və müharibəni davam etdirir. ABŞ öhdəliklərini yerinə yetirməlidir”, - deyə o bildirib.

“Röyters” agentliyi isə amerikalı əsgərlərin Türkiyə-Suriya sərhədində postlara çıxdığını yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm