Türkiyə səfirliyinin bölgəsinə dəhşətli hücum: ölü və yaralılar var
Bizi izləyin

Yaxın Şərq

Türkiyə səfirliyinin bölgəsinə dəhşətli hücum: ölü və yaralılar var

Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri olan Xəlifə Haftara bağlı qüvvələrin paytaxt Tripolinin müxtəlif bölgələrinə həyata keçirdiyi raket hücumu nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı 4-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Liviya Milli Barışıq Hökumətinin Səhiyyə Nazirliyi rəsmisi Əmin əl-Həşimi məlumat yayıb.

Rəsminin açıqlamasında bildirilib ki, ölənlərdən ikisi hüquq-mühafizə orqanı əməkdaşıdır.

Liviyanın Xarici İşlər naziri Məhəmməd Səyyalə hücumun hədəf alındığı bölgələrdə İtalya və Türkiyə səfirliklərinin yerləşdiyini açıqlayıb. O, hadisədən sonra səfirlərlə telefon danışığı gerçəəkləşdirib.

Zümrüd

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm