Kabildə məscidə silahlı hücum - 8 nəfər ÖLDÜ
Bizi izləyin

Yaxın Şərq

Kabildə məscidə silahlı hücum - 8 nəfər ÖLDÜ

Əfqanıstanın paytaxtı Kabildə axşam namazı üçün məscidə toplaşan kütləyə silahlı hücum edilib.

Publika.az "Haberler"e istinadla xəbər verir ki, hücum nəticəsində 8 nəfər hələk olub, 5 nəfər yaralanıb.

Məlumata görə, hadisə ABŞ-ın Əfqanıstanda olan ən böyük hərbi bazasına yaxın kəntdə baş verib.

Daxili İşlər Nazirliyinin sözçüsü Tarik Arian hücuma görə "Taliban"ı, "Taliban"ın sözçüsü Zabiullah Mujahid də hadisədən qısa video paylaşaraq dövləti günahlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm