Erməni məşhurların biznesi başlarına uçdu - Çoxlarından xəbər yoxdur/FOTO-VİDEO
Bizi izləyin

Yaxın Şərq

Erməni məşhurların biznesi başlarına uçdu - Çoxlarından xəbər yoxdur/FOTO-VİDEO

Video əlavə olundu.

xxx

Livanın paytaxtındakı Beyrut limanında baş verən partlayış şəhərin demək olar ki, yarısını məhv edib.

Publika.az daha əvvəl ermənilərin kompakt yaşadığı ərazi olan Beyrutda hadisə nəticəsində onların onlarla itki verdiyi və yüzlərlə yaralılarının olduğunu bildirmişdi.

Yeni məlumatlara əsasən, bəzi erməni moda dizaynerləri internetdə baş verənlərin təfərrüatlarını fəal şəkildə paylaşırlar. Lakin çoxlarından hələ də xəbər yoxdur.

Bir zamanlar “Yaxın Şərqin Parisi” adlanan Beyrutda ən lüks restoranlar, yüksək səviyyəli butiklər fəaliyyət göstərirdi. Beyrut həm də bir çox dünya səviyyəli dizaynerlərin evidir. Bu hörmətli dəb xadimlərinin tələbələri arasında xeyli sayda erməni soyadı da görünür.

Livan-Ermənistan moda sənayesində ən çox tanınan markalardan biri Qriqor Yabotyan atelyesidir. Ən son məlumatlara görə, markanın qurucusu və Elie Saabın sevimli tələbəsi Yabotyan olay zamanı xəsarət almasa da, butiki yerlə-yeksan olub. Dizayner dağılmış ofisindən dəhşətli görüntüləri İnstaqram izləyiciləri ilə bölüşüb.

Digər bir erməni dizayner Rahel Qiraqossiyan da məhv olmuş evi və studiyasının şəkillərini paylaşıb.

“Lemonade Fashion” layihəsinin yaradıcısı Artur Bzdikyan isə Feysbukda sadəcə salamat olduğunu yazmaqla kifayətlənib. Məsələ ilə bağlı foto, video və şərhlər paylaşmaqdan çəkinib.

Missaka Hadciavedikiyan haqqında hələ heç bir şey məlum deyil. Modelyer sosial şəbəkələrdə susur. Onun adı həlak olanların siyahısında da yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm