İsrail HHQ Livan sərhədində hədəflərə zərbələr endirdi
Bizi izləyin

Yaxın Şərq

İsrail HHQ Livan sərhədində hədəflərə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri ölkə sərhədinin Livan tərəfində yerüstü hədəflərə zərbələr endirib.

Publika.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Al-Hadath" telekanalı xəbər yayıb.

Məlumata əsasən, zərbələr İsrailin yaşayış məntəqələrinə raket atan radikal Fələstin qruplaşmalarının sığınacaqlarına endirilib.

Bildirilir ki, Livanın cənubunda partlayış səsləri eşidilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm