Yaxın Şərq
Şiə lideri açıqladı - Bu hərəkat donduruldu

Bağdaddakı şiə döyüşçülərinin lideri Müqtəda əs-Sədr “Sadr” hərəkatının bir il müddətinə dondurulmasının vacibliyini açıqlayıb.
Publika.az xəbər verir ki, əs-Sədr belə bir tədbirin zəruriliyini həm hərəkat tərəfdarlarına, həm də ümumilikdə iraqlılara zərər verə biləcək bir sıra amillərə görə artıq hərəkata rəhbərlik edə bilməməsi ilə izah edib. Belə səbəblər sırasında o, hərəkatın bəzi üzvlərinin korrupsiya əməllərini xatırladıb.
“Sadr" hərəkatının ən azı bir il müddətinə dondurulmasını məqsədəuyğun hesab edirəm... Hesab növbəti xəbərdarlığa qədər bağlıdır”, - o "Tvitter" hesabında yazıb.
Xatırladaq ki, 2022-ci ilin avqustunda şiə lideri siyasətdən getdiyini və onunla əlaqəli bütün siyasi, media və ictimai qurumların bağlandığını elan edib. O, həmçinin izləyicilərini heç bir siyasi və ya media fəaliyyətində onun və ya hərəkatın adından istifadə etməməyə çağırıb.
Əs-Sədrin siyasətdən getməsi o zaman onun tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalara səbəb oldu. Daha sonra o, 2022-ci ilin oktyabrında ölkənin cənubundakı Bəsrə əyalətində baş vermiş iğtişaşlarla əlaqədar İraqın demək olar ki, bütün ərazisində nəzarəti altında olan yarımhərbi birləşmələrin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.
Akqabay

-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya05:45
Özbəkistanda dəhşətli partlayış - YENİLƏNDİ/ VİDEO
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi