İsrailli nazir həbsxanada gördüklərindən danışdı: Dəhşətli işgəncələr veririk
Bizi izləyin

Yaxın Şərq

İsrailli nazir həbsxanada gördüklərindən danışdı: Dəhşətli işgəncələr veririk

İsraildə irqçilik və nifrəti qızışdırmaqda təqsirli bilinərək əvvəllər məhkum edilmiş nazir Ben-Qvir "X" sosial media platformasında oktyabrın 7-də Qəzza zolağından təşkil edilən hücumlarda iştirak etməkdə günahlandırılan məhbusların saxlandığı yüksək mühafizəli həbsxanaya səfəri ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, məhbusların verilən təlimatlar istiqamətində "ən ağır şəraitdə saxlandığına" diqqət çəkən Ben-Qvir, tualetin ortada bir deşik formasında olduğunu, çarpayıların dəmir olduğunu, qaranlıq bir kamerada əlləri bağlı 8 məhbusun qaldığını və arxa fonda dayanmadan İsrail Dövlət Himninin səsləndiyini bildirib. Nazir hökumətin keçmişdə təsdiqlədiyi “terror cinayətlərinə görə ölüm cəzası”nın qüvvəyə minməsi istiqamətində işini davam etdirəcəyini və bu məhbusların edam ediləcəyinə ümid etdiyini açıqlayıb.

İsraildə yəhudi üstünlüyü siyasəti ilə tanınan Ben-Qvir işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi qəsəbəsində yaşayır və uzun müddətdir mübahisəli fiqur olub. İsrail mətbuatında yer alan xəbərlərə görə, 7 oktyabr hadisələrindən sonra Ben-Qvirin mülki əhalini və məskunlaşanları silahlandırmaq kampaniyası çərçivəsində İsrail silah şirkətlərindən təxminən 25 min silah, eləcə də sursat və digər döyüş materialları alıb.

Ben-Qvir oktyabrın 7-dən sonra sosial şəbəkələrdəki paylaşımlarına görə saxlanılan, əlləri İsrail bayrağının qarşısında qandallanmış insanların fotolarını paylaşmışdı.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm