HƏMAS danışıqların davam etdirilməsinə razılıq verdi
Bizi izləyin

Yaxın Şərq

HƏMAS danışıqların davam etdirilməsinə razılıq verdi

Fələstinin HƏMAS hərəkatı atəşkəs haqqında razılıq əldə olunarsa, vasitəçilərin iştirakı ilə İsraillə danışıqları davam etdirməyə hazırdır, lakin İsrail buna hazır deyil.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib.

“Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə - red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqlara başlaya bilərik”, - deyə Marzuk qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm