İtaliyanın hərbi gəmisi Qırmızı dənizdə PUA-nı vurdu
Bizi izləyin

Yaxın Şərq

İtaliyanın hərbi gəmisi Qırmızı dənizdə PUA-nı vurdu

İtaliyanın "Duilio" gəmisi Qırmızı dənizdə ona yaxınlaşan pilotsuz uçuş aparatını vurub.

Publik.az xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi yayıb.

Nazirlik ekipajın özünümüdafiə prinsipi əsasında hərəkət etdiyini bildirib.

Qeyd edilir ki, dron gəmiyə 6 km məsafədə yaxınlaşıb.

“Sözügedən gəmi hazırda husilərin hücumlarından sonra kommersiya marşrutları üzrə pulsuz naviqasiya təmin etmək üçün zonadadır”, - bəyanatda bildirilir.

Müdafiə naziri Guido Crosetto deyib ki, husilərin ticarət gəmilərinə hücumları terror xarakteri daşıyır və beynəlxalq hüququn pozulmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm