Qırmızı dənizdə batan gəmidən görün nə çıxdı
Bizi izləyin

Yaxın Şərq

Qırmızı dənizdə batan gəmidən görün nə çıxdı

Qırmızı dənizdə batan Britaniyaya məxsus "Rubymar" yük gəmisi kimyəvi tərkibi ammonium fosfat və ammonium sulfatdan ibarət olan təxminən 21 min ton gübrə daşıyırdı.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

“Gəminin daşıdığı təxminən 21.000 ton ammonium sulfat və ammonium fosfat gübrələri Qırmızı dənizdəki ətraf mühit üçün risk yaradır", - CENTCOM-un X sosial şəbəkə səhifəsində yazılıb.

Şənbə günü səhər saatlarında Yəmən hökuməti “Rubymar” gəmisinin Qırmızı dənizdə batdığını bildirib.

Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana üzən yük gəmisi fevralın ortalarında husilərin hücumu nəticəsində ciddi ziyan görmüşdü. Heyət təcili olaraq gəmini tərk etmişdi. "Rubymar"in ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin köməyi ilə yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacağı gözlənilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm