Husilər Qırmızı dənizdə ABŞ-ın iki esminesinə hücum etdilər
Bizi izləyin

Yaxın Şərq

Husilər Qırmızı dənizdə ABŞ-ın iki esminesinə hücum etdilər

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ-ın iki esminesinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria "X" sosial şəbəkəsində məlumat verib.

"Yəmənin donanması, raket qüvvələri və hava qüvvələri Qırmızı dənizdə ABŞ-ın iki esminesinə hücum edərək unikal hərbi əməliyyat keçirib", - o yazıb.

Sarianın sözlərinə görə, hücum bir neçə gəmi əleyhinə raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib.

O, husilərin onlara düşmən olan hədəflərə qarşı əməliyyatları genişləndirə biləcəyini də qeyd edib.

Eyni zamanda Saria bildirib ki, hərəkatın hərbi əməliyyatları Qəzzada təcavüz dayanana və Qəzza zolağında fələstinlilərə qarşı mühasirə götürülənə qədər davam edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm