İsrail beynəlxalq xəbərdarlıqlara məhəl qoymadı: bu bölgəyə hücuma keçdi - VİDEO
Bizi izləyin

Yaxın Şərq

İsrail beynəlxalq xəbərdarlıqlara məhəl qoymadı: bu bölgəyə hücuma keçdi - VİDEO

Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücuma keçdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Fələstin XİN-in bəyanatına görə, Təl-Əviv milyonlarla köçkünün yaşadığı şəhərin işğal olunmaması ilə bağlı beynəlxalq xəbərdarlıqlara məhəl qoymayıb:

“İsrailin Rəfah şəhərinə qarşı qanlı hava hücumlarını və sistematik dağıdıcı əməliyyatlarını şiddətlə qınayırıq. İsrail Rəfah şəhərinə sığınan bir milyondan çox insanın həyatını təhlükəyə atıb”.

Bu hücumların ABŞ dövlət katibi Antoni Blinkenin Səudiyyə Ərəbistanı və Misirə səfəri ilə eyni vaxta təsadüf etdiyi vurğulanıb. İsrailin baş nazirinin ofisindən verilən açıqlamada Benyamin Netanyahunun Rəfah şəhərinin cənubuna mümkün hərbi əməliyyat planını təsdiqlədiyi açıqlanıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm