Taliban qadınları zinaya görə daşqalaq edəcək
Bizi izləyin

Yaxın Şərq

Taliban qadınları zinaya görə daşqalaq edəcək

Talibanın ali lideri Qərb ölkələrinə mesajında ​​bildirib ki, hökumət qadınları zina etdiklərinə görə daşqalaq etmək təcrübəsini rəsmən tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu haqda “The Telegraph” məlumat yayıb.

"Tezliklə zinaya görə cəza tətbiq edəcəyik. Qadınlara şallaq vuracağıq. Onlar açıq şəkildə daşqalaq olunacaqlar", - Molla Hibətullah Axundzadə deyib.

Xatırladaq ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanı ələ keçirdikdən sonra ölüm hökmü və açıq edamlar bərpa olunub, qadınların təhsil almasına və işləməsinə ciddi məhdudiyyətlər qoyulub. Bu, beynəlxalq təşkilatların və Qərb ölkələrinin kəskin tənqidinə səbəb olub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm