Qahirədə fiasko: HƏMAS-la İsrail razılığa gələ bilmədi
Bizi izləyin

Yaxın Şərq

Qahirədə fiasko: HƏMAS-la İsrail razılığa gələ bilmədi

Fələstinin radikal HƏMAS qruplaşması İsrailin atəşkəslə bağlı təkliflərini qəbul etməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Qahirədən məlumat yayıb.

Qahirədə öncədən elan edilən danışıqlarda HƏMAS və İsrail arasında razılaşmaların bağlanacağı gözlənilirdi. Atəşkəsin şərtləri iki əsas bənddən ibarət idi: keçən il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumu zamanı əsir götürülmüş girovların azad edilməsi müqabilində İsrail tərəfinin atəşkəs əldə etməsi.

Bazar ertəsi bir Fələstin rəsmisinin İsrailin təklif etdiyi şərtləri qəbul etməkdən imtina etdiyi barədə açıqlamasının ardınca İsrailin baş naziri Benyamin Netanyahu Rəfah işğalı əməliyyatının başlaması üçün son tarix elan edib. “Reuters” xəbər verir ki, şəhər son aylarda Qəzza zolağında döyüşlərdən qaçan fələstinlilər üçün “son sığınacaq” olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm