Netanyahu ELAN ETDİ: "İran obyektlərini ələ keçirdik və..."
Bizi izləyin

Yaxın Şərq

Netanyahu ELAN ETDİ: "İran obyektlərini ələ keçirdik və..."

"İsrail İranın hücumunu uğurla dəf edib və gələcəkdə münaqişədə qalib gələcək".

Publika.az TASS-a istinadla xəbər verir ki, buna İsrail hökumətinin başçısı Benyamin Netanyahu əmindir.

“Biz İran obyektlərini ələ keçirdik, döyüşdük və birlikdə qalib gələcəyik”, - deyə baş nazir "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru onlarla pilotsuz təyyarə və raket atıb. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

BMT Yaxın Şərqdə dağıdıcı eskalasiya təhlükəsindən təşvişə düşdüyünü bildirib və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.

Birləşmiş Ştatlar İranın İsrailə hücumunu pisləyib və Tehrana birgə diplomatik cavabı koordinasiya etmək üçün aprelin 14-də G7 ölkələrinin nümayəndələrini çağırmağa söz verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm